Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur.
Ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 21,4 % az icra edilib.
Bundan başqa, 6 ay ərzində büdcəyə sair daxilolmalar 434,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4 %, proqnozdan isə 3,6 dəfə çoxdur.