2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1 milyard 639 milyon 91.4 min təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.2% azdır. Ötən ilin ilk 5 ayında nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1 milyard 889.2 milyon təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 17.8% artaraq 750 milyon 545.3 min, satışı isə 29.1% azalaraq 888 milyon 546.1 min təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-may ayı ilə müqayisədə 96% artaraq 90 milyon 196.1 min, satışı isə 6.6% azalaraq 72 milyon 911.4 min təşkil edib.