OPEC+ iclası təxirə salınıb | Banco.az

OPEC+ iclası təxirə salınıb

Neft hasilatını könüllü olaraq azaldan səkkiz OPEC+ ölkəsinin iclası iyulun 6-dan iyulun 5-nə təxirə salınıb.

Banco.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

Daha əvvəl TASS-ın nümayəndə heyətlərinin birindəki mənbəsi təxirə salınma qərarının qəti şəkildə verilmədiyini bildirmişdi.

Daha sonra agentliyin mənbəsi bildirib ki, iclas iyulun 5-nə təyin edilib. Bu məlumatı başqa mənbə də təsdiqləyib.