Hava limanlarında sərnişin axını nə zaman əvvəlki səviyyəsinə qayıdacaq? | Banco.az

Hava limanlarında sərnişin axını nə zaman əvvəlki səviyyəsinə qayıdacaq?

Müəllif - Aida İsaq, Banco.az

Avropada hava limanlarındakı canlılıq 2025-ci ildə pandemiyadan əvvəlki səviyyəsinə çata bilər.

Banco.az xəbər verir ki, bunu beynəlxalq hava limanları şurası (ACI Avropa) proqnozlaşdırıb. Şuranın baş meneceri Olivier Jankovec sərnişin daşınmalarında ötən ilin yazından bəri canlanmanın artdığını bildirib. Eyni zamanda o, müvafiq sektorun gərginləşən geosiyasi vəziyyət və iqtisadi böhran təhlükələri fonunda dayanıqlılığını qoruduğunu qeyd edib. Lakin, buna baxmayaraq, onun sözlərinə görə, sərnişin axınının Kovid-19-dan əvvəlki vəziyyətinə qayıtması üçün Avropa 2025-ci ilə qədər gözləməli olacaq.

Qeyd edək ki, təşkilat daha əvvəl Avropa hava limanlarında sərnişin axınının 2024-cü ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacağını proqnozlaşdırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram