Əlikram İsayev "2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə Harvard universiteti C. Kennedi məktəbi, İctimai-Siyasət fakultəsinin magistr dərəcəsinə daxil olmuşdur. Əlikram İsayev magistr dissertasiyasını “ASAN” xidmətə həsr edərək bu innovativ ictimai xidmət modelini dünyanın ən məşhur Universiteti olan Harvardda təfərrüatı ilə tanıdıb.
“ASAN” Xidmətin fəaliyyəti ilə yaxından tanış olan amerikalı alimlər bu xidməti yeni model kimi dəsrliklərə də əlavə etməyi təklif ediblər. Dissertasiyanın təqdimatı zamanı “ASAN” Xidmətin cəmiyyətə faydalılığı və şəffaflığı amerikalı alimlərin marağına səbəb olub, hətta məşhur Universitetin dərslik proqramına salınmasını da düşünürlər. “ASAN” xidmətin dissertasiya olaraq Harvard Universitetində təqdimatında sonra həm həmin Universitetdə, həm də Massaçusets ştatının digər Universitetlərinin professorları innovativ xidmət modeli kimi “ASAN” modelindən öz mühazirələrində geniş istifadə ediblər.
Həmyerlimizi təbrik edir, uğurlar arzulayirıq!