“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin formasını təsdiqlənib | Banco.az

“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin formasını təsdiqlənib

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na əsasən güzəştli mənzillərin ipoteka krediti hesabına satılması nəzərdə tutulub.

Bu barədə “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi formasının MİDA ilə razılaşdırmaqla, AİF tərəfindən təsdiq edilməsi qaydada müəyyən edilib. Qeyd olunanlarla əlaqədar, “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin razılaşdırılması prosesi başa çatıb və müqavilənin nümunə formasını Fondun İdarə Heyəti qəbul edib. Bu müqavilə vasitəsilə MİDA-nın sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az