Hər birimizin banka işi düşür. Maliyyə sahəsində olduğu kimi bankçılığın özündə də müxtəlif terminlər vardır. Ancaq gəlin etiraf edək ki, terminlərin çoxu xarici dildə işləndiyindən bəzən onları başa düşməkdə olduqca çətinlik çəkirik. Bu məqalədə sizə gündəlik həyatınzda işlədilən 10 bank termini haqqında yazmaq istəyirəm. Aşağıdakıları yaxşı yadda saxlayın, çünki hava , su kimi sizə lazım olacaq.
1. Depozit sertifkatı
Qiymətli kağız növü olaraq bilinən bu sertifikatda, siz müəyyən məbləğdə banka depozit yatırısınız və həmin depozitin xususi vaxta qədər bankda saxlanmasına razı olursunuz. Əsasən depozit sertifikatında çek hesabı və standart əmanətlərə nisbətən daha çox faiz dərəcəsi ödəməli olursunuz.
2.Annual Percentage Yield (İllik faiz verimi)
Bir il ərzində mürəkkəb faizlər də daxil olmaqla bank hesabınızda pul saxlamağınıza görə əldə etdiyiniz faizlərin cəmi.
3. Annual Percentage Rate (İllik faiz dərəcəsi)
Bir il ərzində mürəkkəb faizlər istisna bank hesabınızda pul saxlamağınıza görə əldə etdiyiniz faizlərin cəmi.
4. Sadə faiz dərəcəsi
Əsas məbləğə görə qazanılan pul. Gələcəkdə pul üzərində əlavə faiz hesablanmır.
5. Compound interest (Mürəkkəb faiz dərəcəsi)
Hərçənd ki XVII əsrdə İtalyada ona faiz üzərində faiz əbəs yerə demirdilər. Yəni faiz dərəcəsi sizin cari ildə əldə etdiyiniz ümumi pula tətbiq edilir. Termini daha yaxşı başa düşmək üçün belə bir məsələ quraq
Tutaq ki siz15%-lik dərəcəsi ilə üç illik 350 AZN məbləğində bankda depozit yerləşdirmisiniz.
Faiz dərəcəsi yəni R = 300 AZN * 15% = 52,5 AZN
İlk il üçün siz 15% gəlir əldə edirsiniz, lakin sonrakı illərdə isə sizin gəliriniz həm əsas məbləğ olan 350 AZN üzərindən , həmdə ilk il üçün qazancınız olan 52,5 AZN üzərində hesablanacaq.
Yəni
I il = 350 AZN+52,5 AZN =402,5 AZN
II il = 402,5 AZN + 60,4 AZN (402,5 AZN/15%) = 462,9 AZN
III il = 462,9 AZN +AZN 69,4 AZN(462,9 AZN/15%) = 532,3 AZN
Yəni sizin ilin sonu qazanacağınız depozit mürəkkəb faiz dərəcəsi ilə 532,3 AZN olacaqdır.
6. Əmanət hesabı ( Saving account)
Ümumi olaraq qısa və uzunmüddətli təcili durumlar üçün istifadə edəcəyiniz yığım tipli hesab növüdür. İstədiyiniz vaxt həmin hesaba pul əlavə etmək mümkündür, lakin pul çəkmək isə altı ay ilə məhdudlaşdırıla bilər
7. Çek hesabı (Checking account )
Çek hesabı vasitəsi ilə siz öz pulunuzu depozit edə və alış-veriş məqsədi ilə həmin hesabdan ödəniş edə bilərsiniz. Əksər insanlar bu hesab vasitəsi ilə əmək haqqlarını qəbul edir və borclarını ödəyirlər.
8. Overdfart haqqı (Overdraft fee)
Yuxarıda bəhs etdiyimiz çek hesabında ödəniş etməyə vəsaitiniz yoxdursa buna görə alınan haqqdır. Yəni hesabınız mənfiyə balansa düşdükdən sonra əvvəl ödədiyiniz overdraft haqqına görə bank ödənişi sizin əvəzinizə ödəyir.
9. Returned item fee
Əgər çek hesabınız bağlanıbsa və ya kifayət qədər vəsaitiniz yoxdursa buna görə ödədiyiniz haqqdır. Bu ödəniş sizə həmin hesaba yenidən depozit etməyə imkan verir.
Xəzər Aslanov, Banco.az