Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub | Banco.az

Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub

Məlumat olaraq bildiririk ki, Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub. Buna qədər o, Bankın İnkişaf İdarəsinin baş direktoru vəzifəsini tuturdu.

Günay Cəlilovanın bank sahəsində 16 ildən çox təcrübəsi var. Access Bankdakı 14 illik fəaliyyəti zamanı Günay Cəlilova müxtəlif vəzifələrdə, o cümlədən 8 il filial müdiri olaraq çalışıb. 2016-2019-cu illər ərzində marketinq, korporativ bankçılıq, satış və biznesin inkişafı departamentlərinin direktoru olub. 2019-cu ilin aprelindən dekabr ayınadək İcraçı Direktor vəzifəsində korporativ bankçılıq, marketinq və müştərilərlə əlaqə mərkəzinə nəzarət edib.

O, 2020-ci ilin yanvar ayında İnkişaf İdarəsinin Baş Direktoru olaraq Yelo komandasına qoşulub. Hazırda brendin idarəedilməsi, insan resursları, müştəri təcrübəsi, CRM, eləcə də, İnzibatlaşdırma və ödənişlər departamentləri onun kurasiyasındadır.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa o, İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et