Gümüşün qiyməti 14 ilin ən yüksək səviyyəsinə qalxdı | Banco.az

Gümüşün qiyməti 14 ilin ən yüksək səviyyəsinə qalxdı

Müəllif:Mehin Qasımova,Banco.az

Gümüşün qiyməti 14 ilin ən yüksək səviyyəsinə qalxıb.

Banco.az xəbər verir ki, cümə günü birja ticarətində gümüşün qiyməti 2011-ci ildən bəri ilk dəfə bir unsiya üçün 43 dolları ötərək 43,01 dollara çatıb.

Hazırda qiymətli metalın dəyəri 42,93 dollar təşkil edir ki, bu da 1,84 faizlik artım deməkdir.

Son aylar gümüş 13–14 ilin ən yüksək həddində qərarlaşıb. Qiymət artımı günəş enerjisi və akkumulyator istehsalında tələbin güclənməsi ilə izah olunur.