"Google"n qurucuları vəzifələrindən istefa verəcəklərini açıqladılar | Banco.az

"Google"n qurucuları vəzifələrindən istefa verəcəklərini açıqladılar

"Google-ın qurucuları Larry Page və Sergey Brin, "Google"ın sahibi olan "Alphabet" şirkətinin İdarə Heyətinin sədri (CEO) vəzifələrindən istefa verəcəklərini açıqlayıblar.

İkili şirkətin Müşahidə şurasında qalmağa davam edəcəklər. Page və Brin şirkətlərini 1998-ci ildə ABŞ-ın Kaliforniya əyalətində bir qarajda qurmuşdu.

"Google"ın CEO-su (İdarə Heyətinin sədri və ya İcraçı direktoru) Sundar Pichai, "Alphabet"in də CEO-su olaraq ikilinin yerinə keçəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Alphabet" 2015-ci ildə, "Google" və sahibi olduğu şirkətlərin bir mərkəzdən idarə edilməsi məqsədilə qurulub. 

İkisi də 46 yaşında olan idarəçilər "artıq rəhbərlik strukturunu sadələşdirməyin təbii zamanı gəlmişdir" deyiblər:

"İkimiz də, şirkəti bizdən daha yaxşı idarə edəcək biri gördüyümüzdə idarəçiliyi buraxmaq istəməyən insanlardan deyilik. "Alphabet" və "Google"ın iki CEO və başçıya ehtiyacı yoxdur".

marja

Ən sərfəli krediti almaq üçün müraciət et