“Google” – un həmtəsisçisi Sergey Brinin CV – dəki nöqsanlar | Banco.az

“Google” – un həmtəsisçisi Sergey Brinin CV – dəki nöqsanlar

Məşhur internet axtarış saytlarından biri olan Google-ın yaradıcılarından biri, ABŞ vətəndaşı olan 45 yaşlı Sergey Brin, bu günlərdə texnologiya dünyasının ən varlı və güclü simalarından biridir.

Lakin 1996 – cı ildə o, sıravi doktorluq namizədindən heç nə ilə fərqlənmirdi.

Sergey Brinin sonuncu dəfə 20 il əvvəl yenilənən tərcümeyi- halı (CV), hələ də onlayn formada mövcuddur. Brin onu hazırlayan vaxt o, Stenford Universitetində doktorantura təhsilini başa vurmaq üzrə idi.

Brin – in hazırda şəxsi sərvəti 43.6 milyard dollar həcmindədir və o, “Google” – un yaradıcı şirkəti olan “Alphabet” – in rəhbəri vəzifəsini icra edir, lakin ilk günlərdə o, daha çox şəxsi film məsləhətləri üçün alqoritm yaratmağa və ya müəllif hüquqlarının pozulması hallarının avtomatik aşkarlanması üçün həll yolu axtarmağa yönəlmişdi.

Sergey Brinin CV - si:

Sergey Brin resume

Sergey Brin resume

Brin vaxtını boşa sərf edən insan deyildi, belə ki, o, üç il ərzində beş internatura proqramında iştirak etmişdi, lakin onun CV – də stilistika cəhətdən bəzi nöqsanlar mövcuddur. Həmçinin “Film Reytinqi” ("Movie Ratings") bölməsində də bəzi qrammatik səhvlər var.

Ən sərfəli kredit üçün müraciət et

Sergey Brin resume error

Lakin əlbəttə ki, CV – nin özündən çox Seygey Brinin – in sənədin HTML kodunda gizlətdiyi məqsədi maraq doğurur. Siz özünüz də bunu səhifənin üzərində siçanın sağ düyməsini klikləməklə açılan pəncərədə “View Page Source” seçimi aktiv etməklə baxa bilərsiniz.

Sergey Brin resume objective

Brin burada qeyd etdiyi məqsədlərindən daha çoxuna nail oldu. O, öz keçmiş həyat yoldaşı Anne Wojcicki (“23andMe” şirkətinin CEO – su) ilə Bahama adalarının qumsalında evləndi; “Alphabet” şirkətinin keçmiş sədri Eric Schmidt və “Google” şirkətinin qurucu ortağı Larry Page ilə birlikdə 8 ədəd şəxsi jet satın aldılar; yaxta kapitanı və şəxsi alış-veriş edəni var; hazırda isə nəhəng hava gəmisi inşa etmək üçün gizli bir layihə üzərində çalışır.

Həmçinin oxu: Dünyanın ən yaxşı şirkətləri AÇIQLANIB

Tamara Mustafayeva, Banco.az