Tamara Mustafayeva, Banco.az
"Goldman Sachs" ABŞ iqtisadiyyatının üçüncü rüb üzrə ÜDM artımı proqnozunu artırıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı "Goldman Sachs" daha əvvəl 0,9 faiz olaraq açıqladığı proqnozunu bir sıra iqtisadi göstəricilərin gözləniləndən daha yaxşı çıxmasından sonra 1,9 faizə yüksəldib.
Xatırladaq ki, bank çərşənbə axşamı açıqladığı hesabatda ABŞ iqtisadiyyatının yaxın 12 ayda tənəzzüllə üzləşmə ehtimalını 35 faiz olaraq qeyd etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!