“Geosiyasi gərginlik ABŞ-ın kredit investorlarını ən çox narahat edən məsələdir” | Banco.az

“Geosiyasi gərginlik ABŞ-ın kredit investorlarını ən çox narahat edən məsələdir”

Müəllif: Tamara Mustafayeva, Banco.az

BofA: “Geosiyasi gərginlik ABŞ-ın kredit investorlarını ən çox narahat edən məsələdir.”

Banco.az xəbər verir ki, “Bank of America”nın (BofA) Qlobal Tədqiqatlar departamenti tərəfindən aparılan yeni sorğuya görə, geosiyasi risklər ABŞ-ın korporativ kredit investorlarını narahat edən məsələr siyahısına başçılıq edir.

Sorğunun nəticəsi göstərir ki, bu riskin nisbəti aprel ayında 80 faizə qədər yüksəlib. Sözügedən nəticə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə üst-üstə düşür. 

Lakin investorlar artan gərginliyə baxmayaraq, investisiya məqsədləri üçün korporativ kreditlərə hələ də nikbin baxırlar.

Qeyd edək ki, sorğuda iştirak edən investorların yalnız 18 faizi nağd pul səviyyəsinin normadan yuxarı olduğunu bildirib. Bu da 2020-ci ilin sentyabrından bəri ən aşağı səviyyə kimi qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et