"Məlum olduğu kimi, gələn ildən özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək. Belə ki dəyişikliyə əsasən bu sektorlarda işləyənlərin muzdlu işdən aylıq gəlirləri (8 000 manatdan çox olmamaq şərti ilə) 7 il müddətində 0 dərəcə ilə vergiyə cəlb ediləcək. Yəni 8 000 manatdan çox maaş almırsa gəlir vergisi verməyəcək. Göründüyü kimi məqsəd özəl sektoru dəstəkləməkdir".
Bunu, iqtisadçı-ekspert Samir Əliyev "Facebook" səhifəsində bildirib.
"Tədbirin strateji hədəfi isə kölgə iqtisadiyyatının azaldılması, daha da konkretləşdirsək gizli əmək haqlarının rəsmləşdirilməsinə nail olmaqdır. Bu gün bir sıra özəl sektor sahələri var ki onların əmək haqqı sistemi kifayət qədər şəffafdır və bu güzəşt həmin sektorda artıma səbəb olmayacaq. Söhbət bank sektorundan gedir. Bank sektorunda maaşlar yüksək olub (son dövrlər azalma tendensiyası olsa da yenə də orta aylıq əmək haqqından yüksəkdir) və sosial vergilərdən qaçmaq məqsədi ilə əmək haqlarının gizlədiməsi baş verməyib. Yeni dəyişiklik özəl sektorun təmsilçiləri olan banklarda çalışanların maaş gəlirlərinin artmasına gətirəcək, bu isə dövlət sektorunu təmsil edən bankların (məsələn, "Azərbaycan Beynəlxalq Bankı" və "Azər-Türk Bank" ASC-lər) kadr bazasına mənfi göstərəcək. Çünki kadrların dövlət banklarından özəl banklara axınına, bununla da dövlət banklarında xidmət keyfiyyətinin azalmasına səbəb olacaq. Bu baxımdan fikrimcə, məqsəd maaş sistemini şəffaflaşdırmaqdırsa, bu güzəşt mexanizmi tətbiq ediləndə maliyyə sektoru, o cümlədən sığorta sistemi istisna edilməli idi", - deyə o, qeyd edib.
marja.az