Gələn il Azərbaycanda ilk investisiya fondu yaradıla bilər | Banco.az

Gələn il Azərbaycanda ilk investisiya fondu yaradıla bilər

2014-cü ildə Azərbaycanda ilk investisiya fondu yaradıla bilər.
Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Aparat rəhbəri Bəxtiyar Əzizov demişdir. Aparat rəhbərinin sözlərinə görə, indiyədək komitəyə investisiya fondlarının qeydiyyatı ilə bağlı yalnız bir rəsmi müraciət daxil olmuşdur. Hazırda bu müraciətə baxılır.
Qeydiyyat üçün müraciət olunan investisiya fondunun idarəedici şirkətinə müvafiq lisenziya verilmişdir. İnvestisiya fondunun qeydiyyata alınması prosesi nəzərdə tutulan mərhələlər çərçivəsində aparılır.

Ən sərfəli kredit üçün müraciət et

azertag.com