G7 Mərkəzi Asiyaya 200 milyard dollara qədər sərmayə qoymağa hazırlaşır | Banco.az

G7 Mərkəzi Asiyaya 200 milyard dollara qədər sərmayə qoymağa hazırlaşır

Müəllif:Ayşən İmanova/Banco.az

Yeddilik Qrupu (G7) ölkələri Mərkəzi Asiyada infrastruktur layihələrinə 200 milyard dollara qədər sərmayə qoymağa hazırdır.

Banco.az xəbər verir ki, bu barədə Astanada ABŞ-nin Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq proqramının xüsusi əlaqələndiricisi vəzifəsini icra edən Helaina Matsa bildirib.

“G7 ölkələri Mərkəzi Asiyada infrastruktur layihələrinə 200 milyard ABŞ dollarına qədər sərmayə qoymağa hazırdır və Qazaxıstan belə layihələrin həyata keçirilməsi üçün əsas istiqamətlərdən biridir”, - o qeyd edib. 

Matsa proqramın əsas məqsədinin dünyada ərzaq və enerji təhlükəsizliyini təmin etmək üçün təchizat zəncirlərinin gücləndirilməsi və şaxələndirilməsi olduğunu bildirib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi üçün əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et