Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransanın "Credit Agricole" bankı iki böyük LNG layihəsini maliyyələşdirməyəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, fransız bankı "Exxon Mobil" və "Eni"nin Mozambikdəki Rovuma layihəsini və "TotalEnergies", "Santos" və "Exxon Mobil" tərəfindən dəstəklənən Papua Yeni Qvineya LNG layihəsini maliyyələşdirməyəcəyini bildirib.
Bankın bəyanatında sözügedən qərar onun yeni qalıq yanacaq inkişafının qarşısını almaq öhdəliyi ilə əlaqələndirilib.
Qeyd edək ki, "Credit Agricole" Papua LNG və Rovuma LNG layihələrinin əsas maliyyə məsləhətçisi idi.
Bizi sosial şəbəkələrdən izləyin!!