Nigar Umaxanlı, Banco.az
“Business Insider” yazır ki, Fransa ofşor zonada qeydiyyatdan keçmiş şirkətlərə dövlət dəstəyi verməyəcək. Bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer bildirib. Nazir qeyd edib:
“Əmin ola bilərsiniz ki, şirkət baş ofisini “vergi cənnəti” zonalarında qeydiyyatdan keçiribsə və ya orada öz filiallarını açıbsa, Fransanın dövlət xəzinəsindən kömək almaq hüququna malik olmayacaqdır”.
Həmçinin oxu: Tramp ABŞ-a immiqrasiyanı iki ay müddətinə dayandırdı
Nazir əlavə edib ki, qaydalara əməl etmək lazımdır. Məsələn, hər hansı bir şirkət dövlət xəzinəsindən yardım alırsa, dividend ödəmək və səhm almaq hüququ yoxdur.
Daha əvvəl də “Inc.ru” xəbər vermişdi ki, Polşa və Danimarka hökumətləri ofşor zonalarda qeydiyyata alınmış şirkətlərə dövlət dəstəyi verilməyəcəyini bildirib.
Həmçinin oxu: Karantin rejimi Avropada insanların şəxsi həyatına necə təsir göstərir?
Bizi sosial şəbəkələrdən izləyin!!