“Foxconn” elektromobil bazarında mühüm rol oynamağa hazırlaşır | Banco.az

“Foxconn” elektromobil bazarında mühüm rol oynamağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Foxconn” elektromobil bazarında mühüm rol oynamağa hazırlaşır.

Banco.az xəbər verir ki, texnologiya nəhəngi “Foxconn” şirkəti elektrik avtomobillərinin gələcəyini dəstəkləmək üçün Tayvana 800 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Texnologiyanın inkişafı və dünya miqyasında emissiyaların azaldılması səyləri avtomobil dünyasının elektrikə keçidini sürətləndirir. Bununla da, texnologiya şirkətləri bu sektorun mühüm hissəsi olmağa davam edir. Aparıcı texnologiya şirkətlərindən biri olan “Foxconn” da elektrikli nəqliyyat vasitələrinin inkişafını dəstəkləmək üçün yeni bir investisiyaya imza atacağını elan edib.

“Apple”ın ən böyük təchizatçılarından və “iPhone” montajçılarından biri olan “Foxconn” şirkəti sahib olduğu texnologiya ilə elektromobil dünyasında daha geniş rol almağı hədəfləyir. Texnologiya nəhəngi elektrik avtomobili (EV) hədəflərini dəstəkləmək üçün qarşıdakı üç il ərzində Tayvanın cənubundakı yeni istehsal müəssisələrinə 820 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et