Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarında əhalinin (fiziki şəxslər) depozitlərinin həcmi cari ilin 1 iyul tarixinə 12 mlrd. 472 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankının aylıq hesabatında qeyd edilib.
Bu, ötən ayın əvvəli ilə müqayisədə 2,7%, son 1 ildə isə 20,1% artıb.
Xarici valyutada olan depozitlərin həcmi isə 4 mlrd. 628.1 mln. manat ekvivalentində olub ki, bu da illik müqayisədə 9,3% çoxdur.
Qeyd edək ki, portfelin 6 mlrd. 595 mln. manatı müddətli, 5 mlrd. 877 mln. manatı isə tələbli depozitlər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!