"Fitch": Böhran ölkələri 2 ilə "dibi görəcək" | Banco.az

"Fitch": Böhran ölkələri 2 ilə "dibi görəcək"

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı "Fitch"  kredit dərəcəsi  birdən çox azaldılan ölkələrlə  (böhran ölkələri) bağlı hesabat açıqlayıb. 

Agentlik bu ölkələrin reytinqlərinin "dibi" görməsi üçün orta hesabla 2 illik bir müddət qaldığını irəli sürüb.

Bildirilir ki, ölkələr bu müddətdə daha çox reytinq  endirimi ilə qarşılaşacaqlar. 

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin açıqlamasına görə, ən çox reytinq endirimi ilə qarşılaşan ölkə Yunanıstandır. Yunanıstan 14 reytinq endirimi ilə qarşılaşıb. İkinci sırada Koreya və Kipr qərarlaşıb. Bu ölkələr 12 reytinq endirimi ilə üzləşiblər.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et