FİMSA-da təcrübə keçmək imkanı | Banco.az

FİMSA-da təcrübə keçmək imkanı

MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI TƏCRÜBƏ PROQRAMINA QƏBUL ÜÇÜN MÜSABİQƏ ELAN EDİR

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edir.

Təcrübə proqramı hüquq, bank, sığorta və kapital bazarlarına, həmçinin ödəniş sistemlərinə nəzarət, prudensial siyasət və metodologiya, beynəlxalq əlaqələr, maliyyə, insan resurslarının idarə edilməsi, eləcə də katiblik istiqamətləri üzrə keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Təcrübə proqramında bakalavr pilləsinin məzunları və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Proqram 2017-ci ilin sentyabr – dekabr aylarını əhatə edəcəkdir. 

Təcrübə proqramında iştirak etmək istəyənlər “Təcrübə proqamında qəbul üçün müraciət anketi”, şəxsiyyət vəsiqəsi və diplomun elektron nüsxələrini [email protected]elektron poçt ünvanına göndərməlidirlər.

Proqramda iştirak üçün son müraciət tarixi 01sentyabr 2017-ci ildir.

Proqrama dair ətraflı məlumatlar http://fimsa.az/pages/53 səhifəsində yerləşdirilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et