Fevralda Azərbaycanda "Samsung" istifadəçilərinin sayı azalıb | Banco.az

Fevralda Azərbaycanda "Samsung" istifadəçilərinin sayı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın smartfon bazarında 2025-ci ilin fevral ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi azalaraq 29,01% təşkil edib.

Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, yanvar ayında “Samsung”un bazar payı 29,38%, ötən ilin dekabr ayında isə 30,78% olub.

Məlumata görə, son bir ildə "Samsung"dan ən çox istifadə ötən ilin iyun ayında (37,5%) qeydə alınıb. Son aylarda markanın bazar payının azalmasına baxmayaraq hazırda Azərbaycanda "Samsung"un bazar payı digər smartfon markaları ilə müqayisədə daha çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram