FED ölkə banklarından birini cərimələyib | Banco.az

FED ölkə banklarından birini cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ banklarından birinə 30 milyon dollar cərimə kəsilib.

Banco.az xəbər verir ki, “Metropolitan Commercial Bank” ABŞ Federal Ehtiyat Sistemi (FED) və Nyu-York Maliyyə Xidmətləri Departamenti tərəfindən müştərinin identifikasiyası qaydalarını pozduğuna görə təxminən 30 milyon dollar cərimə olunub.

Bu barədə FED rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Nyu-Yorkda yerləşən “Metropolitan Commercial Bank” müştəri identifikasiyası qaydalarını pozduğuna və bankın əvvəlcədən ödənilmiş kart hesablarının emissiyası ilə bağlı qüsurlu üçüncü tərəf risk idarəçiliyi halları qeydə alındığına görə təxminən 14,5 milyon dollar cərimə olunur.

Bəyanatda həmçinin qeyd olunur ki, “Metropolitan”dan müştəri identifikasiyası, müştərilərin lazımi analizi və üçüncü tərəf risk idarəetmə proqramlarını təkmilləşdirməsi tələb edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bəyanatda “Metropoliten”ə qarşı tədbirin Nyu-York Maliyyə Xidmətləri Departamenti ilə birlikdə həyata keçirildiyi, FED və Nyu-York Maliyyə Xidmətləri Departamentinin banka tətbiq etdiyi ümumi cərimə məbləğinin təxminən 30 milyon dollar olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et