FAO 2021-ci ildə ərzaq idxal qiymətlərinin rekord səviyyədə olacağını proqnozlaşdırır | Banco.az

FAO 2021-ci ildə ərzaq idxal qiymətlərinin rekord səviyyədə olacağını proqnozlaşdırır

Qlobal ərzaq idxalı 2021-ci ildə rekord həddə - 1,75 trilyon dollara çatacaq ki, bu da 2020-ci ilə nisbətən 14% və 2021-ci ilin iyununda proqnozlaşdırılandan 12% yüksəkdir.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dərc etdiyi "Ərzaq proqnozu" adlı hesabatda deyilir.

Mütəxəssislər bu artımı beynəlxalq bazarda ərzaq məhsullarının bahalaşması, həmçinin nəqliyyat xərclərinin 3 dəfə artması ilə izah edirlər. Hesabatda qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrin payına ümumi idxalın 40%-i düşür. Təşkilat ərzaq idxalının ümumi dəyərinin ötən illə müqayisədə 20% artacağını proqnozlaşdırır. Bununla belə, təxmin edilir ki, aşağı gəlirli, ərzaq defisiti olan ölkələrdə daha da sürətli artım gözlənilir.

İnkişaf etməkdə olan ölkələrdə taxıl, heyvan mənşəli yağlar, bitki yağları kimi əsas ərzaq məhsullarının bahalaşması ilə üzləşirlər, ancaq inkişaf etmiş ölkələrdə qiymət artımı əsasən meyvə-tərəvəz, balıq məhsulları və içkilər kimi yüksək əlavə dəyəri olan məhsullar kateqoriyasında müşahidə olunur.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et