“The Local” saytının yayımladığı məqaləyə istinadən qeyd edə bilərik ki, “Fanta” – nın Faşist Almaniyasında meydana gələn bir içki olduğunu bu yaxınlara qədər çox insan bilmirdi. Marka 2015 – ci ildə 75 – ci quruluş il ödünümü münasibətilə yayımladığı reklam filmi ilə Faşist mənşəli olduğunu rəsmi olaraq açıqlamışdı. Bu reklam filmində “Coca-Cola” – da işləyən bəzi ağıllı insanların Faşist Almaniyasında kola hazırlamaq üçün lazım olan komponentlərin çatışmaması səbəbilə “Fanta” – nı necə ixtira etdikləri açıqlanılırdı. Lakin, reklamda bəzi ölkələr tərəfindən müharibədən sonra Almaniyaya embarqo tətbiq edilməsi səbəbindən komponentlərin çətinliklə tapılması haqqında heç bir məlumat verilmirdi.
Bu reklamın yayımlanmasının ardınca “Fanta” şirkətinin sözçüsü “The Local” saytına etdiyi açıqlamada reklamın 1940 – cı illərdən bəhs etmədiyini bildirdi və belə dedi:
“İstehlakçılarımıza uşaqlıq illərini xatırlatmaq istəyirdik. Məsələn, klassik halqalı butulkanın istifadə edildiyi dizayn 1960 – cı illərə aiddir.”
Belə bir açıqlama edilməsinə baxmayaraq, bu reklam filminin yayımı dərhal dayandırıldı. Lakin, yayımdan qaldırılana qədər bir çox insan reklamı izləmiş və həmin insanlardan bir çoxu reklamın çatdırmaq istədiyi mesaja görə incimişdi.
Fanta Coca-Cola sayəsində necə yarandı?
“Fanta” – nın meydana gəlməsinin əsl hekayəsi bəzən yalnış anlaşılır. Əfsanəyə görə Hitler öz əsgərlərinin faşist müttəfiqi İtaliyada istehsal edilən ən yaxşı portağal suyunu içməklərini istəmişdir, lakin həqiqət daha sadədir.
“Coca-Cola” müharibədən əvvəlki illərdə Almaniya və Avropanın digər ölkələrində sürətlə inkişaf edirdi. 1933 – 1939 – cu illər ərzində Faşist Almaniyasında satılan “Coca-Cola” yeşiklərinin sayı ildə 100 mindən 4.5 milyona yüksəldi və “Zeit” qəzetinə görə bu yüksək tələbi qarşlamaq üçün 50 fabrik inşa edildi. Marka o qədər məşhurlaşmışdı ki, Hitler üçün bir təbliğat kampaniyası olaraq görülən 1936 – cı il Berlin Olimpiadalarının rəsmi sponsonlarından birinə çevrildi.
Lakin, 1939 – cu ildə müharibə uğursuzluğa düçar olduqdan sonra Faşist Almaniyasına idxal edilən mallar üzərinə embarqo qoyulması səbəbilə kola istehsal etmək üçün lazım olan siropları alman zavodlarına daşımaq olduqca çətinləşmişdi. Bu səbəblə müharibə zamanı Almaniyada “Coca-Cola” istehsalı dayandırıldı.
Buna baxmayaraq, Almaniyadakı “Coca-Cola” şirkətinin rəhbəri Max Keith, bu işi tamamilə dayandırmaq istəmədi və bir neçə mövcud komponenti asanlıqla bir araya gətirdi. Bu yeni resept müxtəlif sənaye proseslərindən əldə edilən qalıqları özündə ehtiva edirdi. “Fanta” – nı istehsal etmək üçün süd zavodlarından əldə edilən qalıqlardan istifadə edildi və başda alma şirəsi olmaqla meyvə şirəsi istehsal edən zavodlardan əldə edilən müxtəlif meyvə qalıqları ilə digər komponentlər birləşdirildi.
Bugün bildiyimiz narıncı rəngli “Fanta” 1950 – ci illərdə sitrus bitikiləri ilə dadlandırıldı.”The Local” saytına müsahibə verən şirkət təmsilcisinin sözlərinə görə 1955 –ci ildə İtaliyanın Neapol şəhərində yerləşən bir butulka zavodu ölkə miqyasında tədarük edilən sitrus bitkilərinindən istifadə edərək “Fanta Portağal” istehsal etməyə və satmağa başladı.
“Fanta” adı necə ortaya çıxdı?
“Die Presse” adlı qəzetin bildirdiyinə görə, “Fanta” adı, fantastik mənasını verən alman sözü “fantastisch” sözündən gəlir. Bu ad ABŞ – da yerləşən “Coca-Cola” qərargahı ilə birlikdə seçildi. ABŞ – dakı istehlakçılar məhsuldan təsirlənməmişdilər və məhsulun satılması üçün həyəcan verici bir ifadəyə ehtiyac olduğunu düşünürdülər.
Lakin, içkinin alman xalqı tərəfindən kifayət qədər sevildiyi zaman keçdikcə sübuta yetirildi. Buna baxmayaraq, məhsulun dünyanın digər ölkələrində satışa çıxarılması ancaq müharibədən bir neçə il sonra baş tutdu və 1970 – ci illərdən etibarən qlobal bir şöhrət əldə etdi.
Tamara Mustafayeva, banco.az