Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Statistika İdarəsi Avrozona və Avropa İttifaqı (Aİ) üzrə sentyabr ayı üzrə yekun inflyasiya rəqəmlərini açıqlayıb.
Banco.az xəbər verir ki,Avrozonada qiymətlər sentyabrda keçən ilin eyni ayına görə 2,2 faiz , avqusta görə isə 0,1 faiz artıb.
Avrozonada baza inflyasiyası sentyabrda illik bazda 2,4 faiz, aylıq bazda isə 0,1 faiz artıb.
Sentyabrda Aİ-də illik inflyasiya 2,6 faiz səviyyəsində ölçülüb. Bölgədə aylıq inflyasiya 0,1 faiz təşkil edib.
Ötən ilin eyni ayı ilə müqayisədə sentyabrda qiymətlər Almaniyada 2,4 faiz, Fransada 1,1 faiz, İtaliyada 1,8 faiz, İspaniyada isə 3 faiz artıb.