Expressbank VISA tərəfindən “Visa B2B Connect” rəqəmsal ödəmə platformasının uğurlu tətbiqinə görə mükafatlandırıldı! | Banco.az

Expressbank VISA tərəfindən “Visa B2B Connect” rəqəmsal ödəmə platformasının uğurlu tətbiqinə görə mükafatlandırıldı!

Bank və maliyyə sektorunda aparıcı yerlərdən birini tutan Expressbank, inamlı fəaliyyəti ilə növbəti uğura imza atıb!

Azərbaycan Banklar Assosiasiyasının 22-23 yanvar 2022-ci il tarixlərində Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupu üzvlərinin tədbiri keçirilib.

Tədbirdə Expressbank dünyanın rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti tərəfindən “Visa B2B Connect” rəqəmsal ödəmə platformasının uğurlu tətbiqinə görə mükafata layiq görülüb!

Bir müddət bundan öncə Expressbank ilə Visa şirkəti birgə “Visa B2B Connect” ödəmə şəbəkəsinin fəaliyyəti üzrə əməkdaşlığa başlamışdır. Korporativ müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz, aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verən  “Visa B2B Connect” ödəmə şəbəkəsi, eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaflığını, göndərən bankdan qəbul edən bankadək ödənişin cari vəziyyətini real zamanda izləməyə imkan verir. Köçürmələrin sürəti və dəqiqliyi artır, habelə pul axınına nəzarət onların idarə olunması təkmilləşdirilir və sadələşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bu sadalananların nəticəsi kimi,  Expressbank və Visa şirkətinin əməkdaşlığı qısa zaman ərzində müştəriləri məmnun edib.

Qeyd edək ki, Expressbank “Visa B2B Connect” layihəsini müştərilərinə təqdim etmiş ilk banklardan biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et