Expressbank Sahibkarlığın İnkişafı Fondunun zəmanəti ilə ilk sürətli kreditini rəsmiləşdirib | Banco.az

Expressbank Sahibkarlığın İnkişafı Fondunun zəmanəti ilə ilk sürətli kreditini rəsmiləşdirib

Covid 19 pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına və xüsusi ilə sahibkarlıq subyektlərinə göstərdiyi mənfi təsirin azaldılması məqsədi ilə Expressbank, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində sürətli kreditlərin verilməsinə başlayıb.

“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında”  Fərmana əsasən kreditlər pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət zəmanəti əsasında , güzəştli şərtlərlə faiz subsidiyası ilə illik cəmi 7.5%-lə təqdim edilir.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Expressbank, artıq  ilk sürətli kreditini rəsmiləşdirib.

Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə  dövlət zəmanəti və faiz subsidiyası  ilə kredit almaq üçün sahibkarlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Elektron kredit platforması” üzərindən (E-edf.gov.az linkinə keçid alaraq)  Expressbank-ı müvəkkil bank qismində seçməklə  müraciət edə bilərlər.

Expressbank, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun da kredit zəmanət və subsidiya mexanizmi üzrə aktiv iştirakçısıdır. Eyni zamanda bank, Aqrar Kredit və İnkişaf Agentliyi  ilə də uzun müddətdir ki əməkdaşlıq edir və ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi , regionların aqrar inkişafı ilə bağlı, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması, heyvandarlıq təsərrüfatının inkişafı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə də kredit dəstəyi göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et