Expressbank aztəminatlı ailələrə öz bizneslərini qurmağa dəstək oldu | Banco.az

Expressbank aztəminatlı ailələrə öz bizneslərini qurmağa dəstək oldu

Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” daha bir sosial layihəyə imza atdı. Belə ki, bankın dəstəyi ilə Şirvan şəhər sakini Samirə Abbasova, Qaradağ və Abşeron rayon sakinləri Aygün Qaryağdı və Sübhan Nuraliyev Expressbank tərəfindən bütün lazımi avadanlıqlarla təchiz edilərək öz kiçik bizneslərini yaratdılar.

İndi Sübhan Nuraliyev avtomobil şinlərinin təmiri ilə avtomobil sahiblərinə, Aygün Qaryağdı və Samirə Abbasova isə tekstil istehsalı və qadın salonuna sahiblik etməklə xanımlarımıza xidmət edəcəklər.

Layihə Prezident İlham Əliyevin təşəbbüsü ilə həssas əhali qruplarının özünəməşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən reallaşdırılmışdır. Məqsəd aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et