Etibarnamə ilə əmlak alan zaman nələri bilmək lazımdır? – Ekspertlər izah etdi | Banco.az

Etibarnamə ilə əmlak alan zaman nələri bilmək lazımdır? – Ekspertlər izah etdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Vətəndaşlar etibarnamə yolu ilə əmlak almaq barədə bir neçə dəfə düşünməlidirlər. Bu həm çıxarışlı, həmcinin çıxarışsız mənzillərə şamil olunur. Əgər vətəndaş hər hansısa bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalarsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notariuslarında verilməlidir”.

Banco.az xəbər verir ki, bu fikirləri əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, vətəndaş etibarnamə ilə əmlak almaq məcburiyyətində qalarsa, maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparmalıdır:

“Bu araşdırman qonşulardan, bələdiyyədən, sahə müvəkkili və sair aidiyyatı qurumlardan maraqlanmaqla aparıla bilər. Vətəndaşlara tövsiyyə edilir ki, əmlakın sahibi ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməsinlər. Xarici ölkələrdən, xüsusəndə Rusiyadan satış üçün göndərilmiş etibarnamələrdən isə ehtiyatlı olsunlar”.

Ekspert qeyd edib ki, etibarnamə yolu ilə əmlakın satılması qanuni olsa da, hazırkı vəziyyətdə məsləhət deyil.

Mövzuya münasibət bildirən hüquqşünas Rövşən Qasımov isə bildirib ki, etibarnamə  alınan əmlaka heç bir sahiblik hüququ vermir:

“Etibarnamə – bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnaməni verən şəxs müvafiq olaraq “Etibarən edən”, etibarnamə üzrə səlahiyyətli şəxs isə “Etibarə edilən” tərəf adlanır.

Ən sərfəli kredit üçün müraciət et

Etibarnamə həm fiziki, həm də hüquqi şəxs tərəfindən müvafiq olaraq fiziki və ya hüquqi şəxsə və yalnız yazılı formada verilə bilər.

Etibar edilən şəxs etibarnamə üzrə öz səlahiyyətləri üçüncü şəxsə ötürürsə bu etibar edilmişi başqasına etibaretmə deməkdir.

Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti əsas etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Etibarnamə verən şəxs həmin etibarnaməni istədiyi vaxt qarşə yərəfə məlumat vermədən ləğv edə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et