Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1990,2 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 13% artaraq 1007,9 milyon manat olub.