Azərbaycanda qızıl və gümüş ehtiyatı nə qədərdir? | Banco.az

Azərbaycanda qızıl və gümüş ehtiyatı nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 349 kiloqramı qızılın, 2 984,3 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,1%, gümüş istehsalı isə 29,3% artıb.

OKtyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 142,2 kiloqram hazır qızıl, 759,1 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram