”Ethereum” sözü “Google”-da 110 milyon dəfədən çox axtarılıb | Banco.az

”Ethereum” sözü “Google”-da 110 milyon dəfədən çox axtarılıb

2015-ci ildə Ethereum-un yarandığı vaxtdan bəri blockchain-in inkişafına necə təsir göstərdiyi nəzərə alınsa, blockchain və kriptovalyuta dünyasının onsuz nə vəziyyətdə olacağını təsəvvür etmək çətindir.

“Ethereum” sözü 110 milyon dəfədən çox axtarılıb

Ethereum-da mərkəzsiz tətbiqlər istehsal edən blockchain təşəbbüsü studiyası “ConsenSys” paylaşdığı bloqda Ethereum-un blockchain-ə olan təsirləri haqda məlumat verib.

Edilən araşdırmalar nəticəsində “Ethereum” sözünün son iki ildə “Google”-da 110 milyon dəfədən çox axtarıldığı məlum olub. ETH şəbəkəsi bu günə qədər 240 milyona yaxın əməliyyat həyata keçirib. 4 yanvar tarixində isə bir gün ərzində 1.3 milyon əməliyyat edərək 24 saatlıq rekordu qırmışdı.

ETH blockchain-in sahib olduğu 17 minə yaxın node və 35 milyon unikal ünvanı onu mərkəzsiz blockchain platforması edir.

Bazar həcminə görə ilk yüzlükdəki tokenlərin 94%-i Ethereum-a əsaslanıb. ETH üzərində qurulan bu tokenlər 2017-ci ildə token satışlarından əldə edilən 5.5 milyarr dolların əsas qaynağıdır.

Ən böyük blockchain inkişaf birliyi

Ethereum-un sahib olduğu təxminən 250 min tərtibatçı bu birliyi ən böyük blockchain tərtibatçı platforması halına gətirir. “Github”-a görə, birlikdə 220 min Ethereum əməliyyatı və 14 min depo var.

İstifadəçilərin full Ethereum node işlətmədən Ethereum mərkəzsiz tətbiqlərini istifadəsini təmin edən “MetaMask”-ın istifadəçilərinin sayı 1 milyonu keçib.

Blockchain-in faydalarından yararlanmaq üçün Ethereum platformasına bir sıra şirkət, fond, startap qatılıb. Bunlardan ən böyüyü bir ildə 500-dən çox üzv toplayan “Ethereum Enterprise Alliance”-dır.

Ən sərfəli kredit üçün müraciət et

Blockchain texnologiyasından istifadə etmək istəyən hökumətlər də Ethereum-a müraciət edirlər. Braziliyada bu il Ethereum şəbəkəsi ilə səsvermə keçirəcəyi açıqlandı. Kanadada vətəndaşların hər hansı bir korrupsiya ilə bağlı problemlərini həll etmək üçün Ethereum layihəsi hazırlanır. İsveçrədəki Zuq qəsəbəsində Ethereum ilə əlaqəli rəqəmsal şəxsiyyət vəsiqələri hazırlanıb. Dubay 2020-ci ilədək tamamilə blockchain əsaslı şəhər olmağı hədəfləyir.

İndiyədək cəmi 1552 mərkəzsiz tətbiq

Mərkəzsiz tətbiqlər bu günədək Ethereum blockchain-inin kilid nöqtəsi oldu. Hazırda daha artığının inkişaf mərhələsində olmasına baxmayaraq, bu günədək cəmi 1552 mərkəzsiz tətbiq hazırlanıb.

Tərtibatçıların “Cosmos” dediyi və blockchain-in miqyaslaşdırılmasına və bir arada çalışa bilməsinə imkan yaradan bir şəbəkə hazırda məşhur tətbiqlər arasındadır. “Loom Network” də Ethereum-da ikinci qat platforma hazırlayaraq sosial və oyun mərkəzli tətbiqlərin miqyasını genişləndirir.

“CryptoZombies” isə hər hansı birinin ağıllı müqavilə kodlaşmasını təmin edən tətbiqdir. “OmiseGO” isə sərhəd xarici əməliyyatların sürətli şəkildə göndərişini təmin edir.

Ümumiyyətlə, bu məlumatların kriptovalyutaların gələcəyi və mərkəzsiz tətbiqlər üçün anlamı nədir?

“ConsenSys”-ə görə, bu araşdırma Ethereum-un internetin digər inkişaf mərhələsi olan Web 3.0-ın yaradılmasında böyük köməklik göstərəcək.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az