EPUL dan “marketpace” xidməti ilə qazan və alış-verişdən zövq al | Banco.az

EPUL dan “marketpace” xidməti ilə qazan və alış-verişdən zövq al

EPUL ödəmə sistemi, istifadəçilərinin asanlıqla mal / xidmətlər satıb ala biləcəyi bir yeniliyi bazara təqdim etməkdən məmnunluq duyur. BONUSSTORE platforması əsasında yaradılmış E-PUL-dan yeni Marketplace xidməti ilə artıq mal və xidmət satmaq üçün veb sayt və ya tətbiqetmə yaratmağa ehtiyac qalmır - şirkətlərin E-PUL bazarında öz mağazalarını yaratmaları kifayətdir. Bu, pandemiyada sabitliyin və işin inkişafının qorunması üçün xüsusi əhəmiyyət kəsb edir, çünki müəssisə sahibləri buna əlavə sərmayə qoymaq məcburiyyətində qalmayacaqlar.

Yeni platformanın özəlliyi, standart “marketplace” və ortaq bir şəbəkənin xüsusiyyətlərini birləşdirən, öz referal porqramı olmaqla müştəri alış-verişindən gəlir əldə etməyə imkan verməsidir.

"EPUL ödəmə sistemi müasir texnologiyaların inkişafına və istifadəçilərin ehtiyaclarını ödəməyə yönəldərək dinamik şəkildə inkişaf edir. Biz yeni “marketplace” xidmətinin mal/xidmət tədarükçülərini və onların alıcılarıni vahid bir platformada birləşdirməyə imkan verəcəyindən məmnunuq. Platforma istənilən səviyyəli müəssisələrə dövriyyələrini və gəlirlərini artırmaq imkanını verir və yönləndirmə şəbəkəsi vasitəsilə davamlı alıcı axını yaradır. Mövcud iqtisadi reallıqlar nəzərə alınaraq, bu həll biznesi dəstəkləmək baxımından maraqlı görünür. " - EPUL ödəmə sisteminin baş direktoru, Samir Nəsibov qeyd etdi.

Beləliklə, yeni bir xidmətin iş üçün faydaları nələrdir? EPUL ödəmə platforması, müəssisələrə satış üçün 400.000 aktiv istifadəçi və aylıq 3.000.000 veb trafiki olan hazır bir müştəri bazası təklif edir.

Xidmətə 10 dəqiqə ərzində pulsuz qoşulma və satıcı üçün admin paneli xidmətdən mümkün qədər sadə və rahat istifadə etməyi təmin edir. Bundan əlavə, platforma ölkədə ən çox sayda ödəmə üsulunu təklif edir:

  1. Bank kartı;
  2. Masterpass mühitində saxlanan kart;
  3. E-wallet pul kisəsi;
  4. E-PUL ödəniş xidmətində toplanan bonus xalları;
  5. Kredit / taksit vasitəsilə ödəmə (Bolkart, Birkart, Tamkart);
  6. Ödəniş terminalları (MilliÖn, eManat, ExpressPay, Kassam.az) vasitəsilə nağd ödəmə yolu ilə.

Platformada edilən alış-verişdən müştəri, eyni və ya başqa bir mal və xidmət təchizatçısından alış-veriş üçün sərf edə biləcəyi bonus sisteminin cari dərəcəsi ilə cashback qazanacaq.

Ən sərfəli kredit üçün müraciət et

EPUL istifadəçiləri üçün yığdıqları bonusları istədikləri mallarla dəyişdirmək, eyni zamanda evdən çıxmadan mal və xidmətləri birbaşa “marketplace” platformasından ala biləcəklər.

“Marketplace” mağazasına qoşulmaq üçün [email protected] e-mail ünvanına yazmaq və ya 1919 nömrəsinə zəng etmək kifayətdir.

E-Pul.az-ın yaradıcısı olan “Paysis” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal,  mobil,  sığorta, bank, internet və   digər ödənişləri, eləcə  də müxtəlif  məhsulların  alışını təmin  edir.

E-Pul mobil  tətbiqindən  yararlanmaq  üçün aşağıdakı linklərə  daxil olun:

Ən sərfəli krediti almaq üçün müraciət et