May ayında Azərbaycan mətbuatında ən çox "PAŞA Həyat Sığorta" şirkəti haqda danışılıb. Bu barədə "Media Consulting & Services" şirkətinin açıqladığı hesabatda bildirilir. İlkin məlumatlara görə, ötən ay "Paşa Həyat Sığorta" şirkəti barədə 176 məlumat yayılıb.
Mətbuatda populyarlığına görə, sonrakı yerləri "AXA MBASK" (137 məlumat), "ATA Sığorta" (112 məlumat), "Atəşgah Sığorta" (101 məlumat) və “Standard Insurance” şirkətləri (75 məlumat) tutub.
Mənbə: fins.az