Ən böyük ixrac şirkətlərinin adları açıqlandı | Banco.az

Ən böyük ixrac şirkətlərinin adları açıqlandı

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı üçün sayı təqdim olunub.

“İxrac İcmalı”nın aprel sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC,  "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, "TST Export" MMC, "Sun Food" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Baku Steel Company" MMC, "Azerstar" MMC.

Ən sərfəli kredit üçün müraciət et

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et