Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çox - 122,8 milyon manat vəsait köçürüb.
Bu barədə qurumdan xəbər verilib.
Məlumata görə, 7 aylıq ödənişin 100,7 milyon manatı (45,95 % çox) özəlləşdirmə, 22,1 milyon manatı (14,5 % çox) isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 35 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
Ötən 7 ayda 2 231 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 350-si qeyri-yaşayış, 1 881-i isə torpaq sahələrinə aid olub.
report
Bizi sosial şəbəkələrdən izləyin!!