Əmanətlərdə 16%-lik gəlir realdırmı? | Banco.az

Əmanətlərdə 16%-lik gəlir realdırmı?

Bank of Baku Qısamüddətli əmanəti yeni məhsul növü olaraq təqdim etmişdir. Bankdan Banco.az portalına verilən məlumata əsasən, qısamüddətli əmanət növü daha çox kampaniya xarakteri daşıyacaq, lakin onun başa çatması üçün konkret zaman məhdudiyyəti bildirilməsə də, məhsul uzunmüddətli deyil.

Bankdan bildirildi ki, hazırda dollar kreditlərinə tələb azaldığı üçün USD ilə cəlbetmələr banklara əlverişli deyil.

1-6 ay müddətinə yerləşdirilən bu əmanətdə müddətdən asılı olaraq faizlər illik 12-16% dəyişir. Əmanəti açmaq üçün minimal məbləğ 500 AZN olmalıdır.

Qısa müddətə yüksək gəlir vəd edən əmanət kampaniyalarından daha biri isə Yapı Kredi Bank Azərbaycan tərəfindən təqdim edilib. Kampaniya 07 May – 07 İyun 2015-ci il tarixlərini əhatə edəcək. Həmin zaman kəsiyində 1 ay müddətinə əmanət yerləşdirən müştərilər illik 16%-lə gəlir qazanacaq.

Kampaniya ilə bağlı Bankın rəsmi mövqeyini öyrənməyə çalışdıq, 16%-lik əmanət kampaniyasının taktiki və ya strateji dəyişiklik olması ilə maraqlandıq. 

Ən sərfəli kredit üçün müraciət et

Bankdan sorğumuza verilən cavab belə oldu: "Yapı Kredi Bank Azərbaycan geniş məhsul portfoliosu ilə müştərilərinin diqqət mərkəzində olan bir bankdır. Bazar şərtlərini nəzərə alaraq, hər zaman məhsullarını inkişaf etdirir və müştərilərinə uyğun həllər təklif edir. Depozit məhsulunun illik faiz dərəcəsinin artırılması da müştərilərinə əlverişli təklif verməkdən ibarətdir".

Böyük məbləğdə manat vəsaitinə sahib olanlar üçün bu qazanmaq  üçün yaxşı imkanıdır.  Əmanətin məbləği 1000 -30000 AZN arasında olmalıdır

Amma oxucularımız üçün qeyd etmək istəyirik ki, əmanət faizləri illik hesablanır və göstərilir. Sizin yerləşdirdiyiniz əmanətə isə onun bankda hansı müddətdə qalmasından asılı olaraq, faizlər hesablnacaq. Yəni illik 16% hələ aylıq 16% gəlir demək deyil.

Əmanətlərin gəlir vergisini necə hesablaya bilərəm?

Nümunə 1. Dividendlərdən vergi necə tutulur?

Nümunə 2. Dividendlərdən vergi necə tutulur?

Ən sərfəli krediti almaq üçün müraciət et