Elon Muskın sərvəti ilk dəfə 20 mlrd dollara çatıb | Banco.az

Elon Muskın sərvəti ilk dəfə 20 mlrd dollara çatıb

Belə görünür ki, SpaceX raketlərinin kosmosa uçduğu bir vaxtda, Muskın kapitalı da cəzibə qüvvəsinə  meydan oxuyur.

Tesla Motors və SpaceX raket kompaniyasını işə salandan sonra, az qala müflis olmuş Elon Muskın sərvəti ilk dəfədir ki, 20 mlrd dolları üstələyir, bu haqda Banco.az Forbesə istinadən bildirir.

Avqustun 22-də Forbes dünyanın ən zəngin texnoloqlarının reytinqini dərc edib.  Mark siyahıda $20,7  milyard dollar ilə 12-ci olub, o  Microsoft kompaniyasının həmtəsisçisi Pol Allen (20,5 mlrd dollar) və  Alphabet kompaniyasının idarə heyətinin sədri Erik Şmidt (12,4 mlrd dollar) kimi məşhur rəqiblərini qabaqlayıb. Beləliklə, 2017-ci ilin mart ayında, Forbes dünyanın ən zənginlərinin siyahısnı dərc etdikdən bəri Elon 7 milyard dollar varlanıb. Həmin dövrdə onun sərvəti 13 mlrd dollar qiymətləndirilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bu yüksəlişin əsas səbəbi kimi aerokosmik SpaceX şirkətinin kapitalizasiyasındakı artım göstərilir. İnsanları Mars planetinə göndərməyi planlaşdıran şirkət, ötən ay 350 mln dollar cəlb etməyə müyəssər olub. Şirkətin dəyəri isə 21 mlrd dollar həcmində qiymətləndirilib. Bu biznesin dəyərinin yarıdan çoxu Muska məxsusdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et