Elmin dili latın dilindən bizə motivasiya verəcək 22 ifadə! | Banco.az

Elmin dili latın dilindən bizə motivasiya verəcək 22 ifadə!

Deyirlər ki, latın dili həkimlərin dilidir. Amma bu dildə istifadə olunan elə ifadələr var ki, nəinki həkimlər, motivasiya almaq istəyən hər kəs istifadə etmək istər. Az sözlə çox məna ifadə etdiyimiz latın dilində elə cümlələr var ki, kurslarda, təlimlərdə eşitdiyimiz minlərlə sözlərdən daha faydalıdır :)  Yəni Banco.az deyir ki:

Quidquid latine dictum sit, altum viditur. 

Latınca deyilən söz, qulağa xoş gələr.

1)  Ipsa scientia potestas est

Bilik tək başına bir gücdür.

2) Materiam superabat opus 

Bacarıq istifadə olunan materialdan daha önəmlidir.

3) Audere est facere

Cəsarət göstərmək, işin  öhdəsindən gəlməkdir.

4) Ex falso sequitur quodlibet 

Səhv yoldan gedib, istədiyimiz nəticəyə çata bilərik.

5) Fortes fortuna juvat ou Audaces fortuna adiuvat

Şans ancaq cəsurlara yardım edər.

6) Festina lente !

Yavaşca tələs !

7) A bove ante, ab asino retro, a stulto undique caveto

Öküzün önündə, eşşəyin arxasında, axmağın hər tərəfində hazırlıqlı ol.

8) Labor omnia vincit 

Zəhmət hər şeyə qalib gələr.

9) Nemo enim est tam senex qui se annum non putet posse vivere

Heç kimsə bir il daha çox yaşayacağını düşünməyəcək qədər yaşlı deyil.

10) Stultum est timere quod vitare non potes

Əngəllənməyə gücümüzün yetməyəcəyi şeylərdən qorxmaq əsl axmaqlıqdır.

Ən sərfəli kredit üçün müraciət et

11) Corvus oculum corvi non eruit 

Bir qarğa başqa bir qarğanın gözünü oymaz.

12) Flamma fumo est proxima 

Od olmayan yerdən tüstü çıxmaz.

13) Adversus solem ne loquitor

Günəş əleyhinə danışma, açıq və müəyyən olunmuş şeylər haqqında mübahisə aparma.

14) Ab uno disce omnes

Bir şeydən hər şeyi öyrən.

15) Aut disce aut discede

Ya öyrən, ya təkrar et.

16) Bonitas non est pessimis esse meliorem

Yaxşı olmaq ən pisdən daha yaxşı olmaq anlamına gəlmir.

17) Docendo discimus

Öyrədən, öyrənər.

18) Gutta cavat lapidem non vi, sed sæpe cadendo

Suyun daşı deşməsi gücündən deyil, sürətindəndir.

19) Humanius est deridere vitam quam deplorare

Həyata gülmək, həyat üçün ağlamaqdan daha insani bir davranışdır.

20) Ira furor brevis est

Əsəbi olmaq qısamüddətli dəli olmaq deməkdir.

21) Memento audere simper

Hər zaman cəhd etməyi və cəsarət etməyi unutma.

22) Memento mori

Ölümlü olduğunu unutma.

Xəzər Aslanov. Banco.az