ElKart vs KapitalKart | Banco.az

ElKart vs KapitalKart

Haqqında danışacağımız kartların hər ikisi bazara ötən il daxil olub və onları birləşdirən bir çox oxşarlıqlar var. Həm Beynəlxalq Bank, həm də Kapital Bank Azərbaycanın ən nəhəng banklarıdır, istər aktivlərin həcmi, istər də bankarın filial şəbəkəsi daha böyükdür. Amma uzun müddət daha çox korporativ müştərilərlə çalışmağa üstünlük veriblər.

Ötən il, bank sektoru hələ cari böhranlı vəziyyətə düşmədən öncə, taksit kart bazarı banklarımız üçün çox cəlbedici idi. Elə həmin vaxtlarda bu iki kart bazara daxil oldu.

  1. ElKart və KapitalKart – taksit kartıdır, hissə-hissə ödəniş  imkanları mümkündür.
  2. Hər iki kart bazara ötən il demək olar ki, 1 ay zaman fərqi ilə daxil olub.
  3. Hər iki bank kartları hələ ki, yalnız mövcud müştərilərinə verir.
  4. Yəni əməkhaqqını və təqaüdünü həmin bankdan alan şəxslər bu kartları əldə edə bilir.

Müqayisəmiz cədvəldə daha aydın görünər.

Kart

ElKart

Kapitalkart

Balans

500 -5000 AZN

500 - 3000 AZN

Kreditin müddəti

24 ay

36 ay

Kartın qiyməti

Pulsuz

Pulsuz

SMS məlumatlandırma

Ödənişsiz

Ödənişsiz

Nağdlaşdırma

Kampaniya müddətində

Mümkündür, limitn 50% həcmində

Nağdlaşdırma faizləri

Güşət müddəti + aylıq 3%

6-16%

Paizsiz alış-veriş

yalnız partnyorlarda

yalnız partnyorlarda

Qeyri partnyorlarda alış-veriş

Aylıq 3% komissiya

Aylıq 2,5% komissiya

Taksitlərin sayı

1, 3, 6, 9 və12

1, 6 və 12 ay

Güzəşt müddəti

Növbəti ayın 10-a qədər

Növbəti ayın 10-a qədər

Kreditin rəsmiləşdirilməsi üçün komissiya

2%

Mövcud deyil

Kimlərə verilir

Əməkaqqı kartı İBAR-dan alan müştərilər

Maaş və pensiya kartı Kapital Bankdan olan müştərilər

Ən sərfəli kredit üçün müraciət et

Nağdlaşdırma

  1. ElKart –  “ElKart” ilə bank tərəfindən əvvəlcədən elan edildiyi tarixlərdə ABB-nin bankomatlarında kartda olan vəsaiti nağdlaşdırmaq mümkündür. Nağdlaşdırılan vəsaitdən 3% komissiya tutulur.Nağdlaşdırma elan edildikdə, bu haqda müştəriyə sms bildiriş gəlir və həmin sms-də nağdlaşdırma üçün nəzərdə tutulmuş, faizsiz güzəşt müddəti qeyd olunur. İstifadə edilən vəsait üzrə ödənişlər faizsiz güzəşt müddəti ərzində ödənilmədiyi halda istifadə edilən vəsaitə aylıq 3%, illik 36% (illik)  faiz hesablanır.
  2. KapitalKartda Kapital Banka məxsus bankomatlarda (ATM-lərdə) edilən nağdlaşdırma əməliyyatları üzrə ödənişlər 1 ay, 6 ay və 12 ay ərzində edilə bilər və müqaviq olaraq, 1 aya 6%, 6 aya 10%, 12 aya 16% komissiya hesablanır. Təyin olunmuş kart üzrə ayrılan limitin 50%-dək və yalnız Kapital Bankın ATM-lərindən “Kapitalkart”-la nağd pul əldə etmək mümkündür.

Qeyri –partnyor dükanlar şəbəkəsində alış-veriş

  1. ElKart – vasitəsi ilə partnyor olmayan mağaza və xidmət nöqtələrində alış veriş edərkən, avtorızasıya olunduqdan sonra, illik 36% (aylıq 3%) faiz hesablanır.  Cərimə hesablanmaması üçün hər ayın 10-a qədər, əsas məbləğ ödənməsə, hesablanmış 3 % ödənməlidir.
  2. KapitalKartda - Partnyor olmayan mağaza və xidmət nöqtələri (həm ölkə daxilində, həm də xaricdə) və internetdə istifadə edilmiş məbləğlər üzrə taksit müddəti 12 aydır. Aylıq 2,5% komisyon hesablanır.

Siz taksit kartları buradan sifariş verə bilərsiniz:

ElKart

Kapitalkart