"Elektron ipoteka sisteminin tətbiqi neqariv halları aradan qaldıracaq" | Banco.az

"Elektron ipoteka sisteminin tətbiqi neqariv halları aradan qaldıracaq"

İqisadçı ekspert Vüqar Bayramov İpoteka kreditlərinə müraciətlərin bərpası barəsində öz fikirlərini bölüşüb. Ekspert bildirib ki, bu gün təsdiq edilən yeniliklər arasında diqqəti çəkən məqamlar həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir.

Elektron müraciətin tətbiqi çox vacib idi. Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyili dərəcə də məhdudlaşdırırdı.

Ən sərfəli kredit üçün müraciət et

Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir. Eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan bu rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi.

Ən sərfəli krediti almaq üçün müraciət et