Müəllif - Eldar Kərimov/Banco.az
Amerikanın elektrik yük maşınları istehsalçısı Nikola Corp. ABŞ-ın iflas qanununun 11-ci maddəsinə uyğun olaraq iflas etdiyini elan edib, bu barədə MarketWatch xəbər verir.
Bu prosedur şirkətin aktiv və öhdəliklərini yenidən təşkil edərək böhrandan çıxmasına imkan verir.
2020-ci ildə Hindenburg Research investisiya şirkəti Nikola-nı investorları avtomobillərin funksionallığı ilə bağlı aldadaraq yanlış məlumat verməkdə ittiham edib. 2021-ci ildə şirkətin qurucusu Trevor Milton dələduzluqda günahlandırılıb, 2023-cü ildə isə 4 il həbs cəzası alıb.
Hazırda Nikola səhmlərinin ticarəti dayandırılıb. Dünən səhmlər 13 iyul 2023-cü ildən bəri ən yüksək artımla 41,4% bahalaşıb. Fevralın 7-də The Wall Street Journal mənbələrə istinadən şirkətin iflas ərizəsi verməyə yaxınlaşdığını yazanda, Nikola səhmləri tarixi minimumda bağlanmışdı.