Əksər insanlar tərəfindən bəyənilməyən ofis vərdişləri hansılardır? | Banco.az

Əksər insanlar tərəfindən bəyənilməyən ofis vərdişləri hansılardır?

Amerikanın məşhur Forbes jurnalı digər işçiləri qıcıqlandıran əməkdaşların pis vərdişlərini dərc edib:

  • Korporativ mətbəxi dağınıq saxlamaq
  • Musiqinin səsini ofisdəkilərin hamısının eşidəcəyi səviyyədə artırmaq
  • Ayaqyolundan səliqəsiz istifadə etmək
  • İclas zamanı oyun oynamaq
  • Qoxusu ofisə yayılacaq şəkildə yemək yemək
  • Kiminsə stolunun qarşısında dayanmaq və işini görüb qurtarmağa imkan verməmək
  • Həmkarlarının stolundan icazəsiz əşya götürmək və ya götürdüyünü qaytarmamaq
  • Qonşu stolda oturmuş həmkarla yüksək səslə söhbət etmək
  • Başqalarının gətirdiyi yeməyə ortaq olmaq, amma özü heç vaxt gətirməmək
  • Mobil telefonu vibrasiya və ya səssiz rejimə qoymamaq; telefonla bərkdən danışmaq

İş yerindəki ən qıcıqlandırıcı səs mobil telefonların melodiyasıdır. Stasionar telefonların səsi praktik olaraq eynidir, lakin hər mobil telefonun özünəməxsus melodiyası var. Alimlərin fikrincə, mobil telefonların çıxardığı səs insan qulağı üçün yaddır və bu səsləri öyrəşdiyi səs mühitinin bir hissəsi kimi qəbul etmir. Zəng melodiyası gündəlik səs-küydən seçilir, diqqəti cəmləməyə mane olur və işdən yayındırır.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmaların nəticələri ilə bağlı olaraq bir çox xarici şirkətlər ofisdə mobil telefonların istifadəsinə qadağa qoyulması barədə qərar qəbul edirlər. CNN bildirir ki, “Ranstad” araşdırma şirkəti və insan resurslarının idarə olunması problemlərini öyrənən cəmiyyətin sorğu keçirdiyi Amerika şirkətlərinin üçdə biri iş yerində mobil telefon istifadəsini məhdudlaşdırıb.

Həmçinin oxu: Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et