Ekoloji normaların pozulmasına görə cərimələr artırılacaq | Banco.az

Ekoloji normaların pozulmasına görə cərimələr artırılacaq

"Ötən il tikinti zamanı ekoloji normaların pozulması ilə bağlı hüquq mühafizə orqanlarına 431 müraciət edilib".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə keçirilən dinləmədə deyib:

"Bu il isə ekoloji normaların pozulması ilə bağlı hüquq mühafizə orqanlarına 123 müraciət edilib. Tikinti zamanı ekoloji normaların pozulmasına görə cərimələrin sərtləşdirilməsi üçün layihə hazırlanır".

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram