İlin əvvəlinə bu göstərici 6,396 milyard manat təşkil edib
1 sentyabr 2014-cü il tarixinə Azərbaycanda əhalinin əmanətləri 6 milyard 992,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici 1 avqust 2014-cü il tarixinə nisbətən 0,8% artıb.
Ümumilikdə, bu ilin əvvəlindən əhalinin əmanətlərinin həcmi 9,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,8% artıb.
Xatırladaq ki, əhalinin əmanətləri bu ilin əvvəlinə 6,396 mlrd. manat (8,15 mlrd. dollardan çox) təşkil edib.
pia.az