Düyünün qiyməti bahalaşıb - Növbə şokoladdadır | Banco.az

Düyünün qiyməti bahalaşıb - Növbə şokoladdadır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrdən 18 min 962 ton miqdarında düyü alıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 20 milyon 45 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 994 ton (13,6%) az, dəyər ifadəsi ilə isə 751 min ABŞ dolları (3,9%) çoxdur.

 

İqtisadçı Xalid Kərimli Banco.az-a son günlər bahalaşan düyü qiymətlərinin səbəbləri barədə açıqlama verib. O bildirib ki, burada əsas səbəb, El Ninyo cərəyanıdır:
“El Ninyo cərəyanı qlobal okean atmosfer hadisəsidir. Əsasən, bu cərəyan Qərbi Afrika, Asiya, Asiyanın cənubundan keçir. Nəticədə məhsul yığımı üçün uğursuz iqlim şəraiti formalaşdırır. Bu zaman yağış və qurağlığın növbələşməsi fərqli olur. 
Hazırda, təkcə düyü deyil, kakaonun da qiyməti bahalaşıb. Yaxın zamanda bu məhsuldan hazırlanan şokoladların qiyməti də bahalaşacaq. 
El Ninyo səbəbindən həm düyü yığımında, həm kakao yığımında kəskin məhsuldarlıq problemi yaranıb. Hindistan dünyanın düyü ixracının 40 faizinə sahibdir. Dünyada istehlak edilən 100kq düyünün 40 kq-ı Hindistanın payına düşür. Ona qonşu olan Malayziya, İndoneziya, Pakistan, Akvatoriya, Cənub Şərqi Asiya, Çin də düyü istehsalı, ixracı ilə məşqul olsa da, daha çox pay Hindistandadır”. 
Hindistanın daxili bazarı qorumaq üçün qeyri-basmatı düyülərin hamısının ixracını dayandırdığını vurğulayan iqtisadçı qeyd edib ki, bu da təqribən dünya bazarının 20 faizi deməkdir:
Hindistan bu addımı daxili bazarını qorumaq üçün atıb. Bu da qiymət artımına gətirib çıxartdı. Bu artımlar Azərbaycan bazarına da təsirsiz ötüşmür”.
Qeyd edək ki, 2023-cü ilin ilk üç ayında düyü idxalının miqdarı 21 min 956 ton, dəyəri isə 19 milyon 294 min ABŞ dolları olub. Bu dövrdə xaricdən alınan düyünün bir tonu üçün orta qiyməti 1 min 57 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 179 ABŞ dolları bahadır. Ötən ilin birinci rübündə xaricdən alınan düyünün bir tonu üçün orta qiyməti 878 ABŞ dolları olub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et