Dünyanın ən zəngin texnologiya milyarderləri - 2017 | Banco.az

Dünyanın ən zəngin texnologiya milyarderləri - 2017

Yeni texnologiyalar sayəsində zənginləşən şəxslərin sərvətinin toplam miqdarı, ilk dəfə olaraq $1 trilyon dollara çatıb.

Banco.az portalı xəbər verir ki, Forbes artıq 3-cü dəfədir ki, dünyanın ən zəngin 100 texnoloqunun siyahısını tərtib edir, onların sərvətinin cəmi miqdarı 1,08 trilyon dollara çatıb. Bu, ötən illə müqayisədə 21% (227 mln dollar) daha çoxdur, bunun səbəbi isə Facebook, Amazon.com və bu kimi digər texnologiya şirkətlərinin səhmlərindəki qiymət yüksəlişidir. Reytinqin 75% iştirakçısı bir il öncə ilə müqayisədə sərvətini daha da artırıb. İlk 10-luqda yer alanlar isə öz sərvətini 189 milyard dollar civarında yüksəldib. Reytinqə kompüter, proqram təminatı, sosial şəbəkələr, onlayn ximətlər və yüksək texnoloji məhsullar istehsalı və ya tərtibatı ilə məşğul olan milyarderlər daxil olub.

ABŞ texnologiya milyarderlərinin sayına görə liderdir, növbəti pillədə Çin gəlir. Siyahının 50 üzvü ABŞ vətəndaşıdır, o cümlədən ilk 10-luqda 8 nəfər də amerikandır. Bu amerikanların demək olar ki dördə üçü Kaliforniyada yaşayır. Siyahıda 33 nəfər Asiya təmsilçisidir  və onların yarıdan çoxu Çin və ya Honkonqda yaşayır. 

1. Bill Gates
Var-dövlət: $ 84.5 milyard

Sərvətinin mənbəyi: Microsoft

2. Jeff Bezos
Var-dövlət: $ 81.7 milyard

Sərvətinin mənbəyi: Amazon

3. Mark Zuckerberg
Var-dövlət:$ 69.6 milyard

Sərvətinin mənbəyi: Facebook

4. Larry Ellison
Var-dövlət:: $ 59.3 milyard

Sərvətinin mənbəyi: Oracle

Ən sərfəli kredit üçün müraciət et

5. Larry Page
Var-dövlət: $ 43.9 milyard

Sərvətinin mənbəyi: Google

6. Sergey Brin
Var-dövlət: $ 42.7 milyard

Sərvətinin mənbəyi: Google

7. Jack Ma
Var-dövlət: $ 37.4 milyard

Sərvətinin mənbəyi: Alibaba

8. Ma Huaten
Var-dövlət: $ 36.7 milyard

Sərvətinin mənbəyi: Tencent

9. Steve Ballmer
Var-dövlət: $ 32.9 milyard

Sərvətinin mənbəyi: Microsoft

10. Michael Dell
Var-dövlət: $ 22.4 milyard

Sərvətinin mənbəyi: Dell

Ən sərfəli krediti almaq üçün müraciət et