Dünyanın ən varlı şəxsi ayda yeni mədəniyyət qurur | Banco.az

Dünyanın ən varlı şəxsi ayda yeni mədəniyyət qurur

Amazon şirkətinin sahibi və dünyanın ən varlı insanı olan Ceff Bezosun xəyalında canlandırdığı kosmosda yaradılacaq mədəniyyətin konsepsiyasını əks etdirən şəkillər yayımlanıb.

Bu gün planetimizin ən varlı 500 şəxsinin olduğu siyahıda adı qeyd edilən 16 nəfər kosmik texnologiyalar üçün hər il milyardlarla dollar yatırım edirlər.

Həmin şəxslərin bu kosmik yarışdakı rəqabəti onlayn alış-veriş platforması olan Amazon – un sahibi və dünyanın ən varlı insanı olan Ceff Bezosun atdığı addımla daha da canlanıb.

Belə ki, Bezos 9 may tarixində Vaşinqton şəhərində həyata keçirilən bir tədbirdə özünə məxsus havaçılıq və kosmik şirkəti Blue Origin tərəfindən hazırlanan “Mavi Ay” adlı Ay planetində məskunlaşma layihəsinə aid konsept şəkilləri ictimaiyyətə təqdim edib.

Görüntünün olası içeriği: açık hava

Ən sərfəli kredit üçün müraciət et

O, Ay planetinə kosmik gəmi göndərməyi planlaşdırdığını elan edib və üzən kosmik gəmilərlə bağlı ümidli olduğunu söyləyib.

Tədbirdə gəmi prototipləri ilə yanaşı, həmçinin Christopher Nolan – ın Interstellar filmində göstərilən O`Neill silindirlərinə bənzəyən və öz-özünü təmin edə bilən kosmik yaşayış yerlərinin xəyali təsvirləri də göstərilib.

Görüntünün olası içeriği: açık hava

Bezosun konsept şəkilləri trilyonlarla insanı bir yerə cəmləşdirmək üçün hazırlanmış və cazibə qüvvəsi dəyişdirilmiş nəhəng silindirlərdə yaradılan şəhərləri, yüksək sürətli nəqliyyat vasitələrini, milli parkları, kənd təsərrüfatı üçün yaşıllıq sahəni və daha çoxunu əks etdirir.

Görüntünün olası içeriği: gökyüzü ve açık hava

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et